Azərbaycan klubunun həndbolçusu: "Çox çalışdıq və qələbə qazanıb növbəti mərhələyə adladıq"
Çox çalışdıq və hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə adladıq.
"Sizinxeber.az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının .Yakob Ayuba Katau Avropa Kubokunda Kipr təmsilçisi “Parnassos Strovolu” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Həndbolçu mərhələ adlamaq üçün çox çalışdıqlarını deyib:
"Çox çalışdıq və hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə adladıq. Bizi dəstəkləyən Mingəçevir əhalisinə təşəkkür edirəm"
O, qələbəni çılğınca qeyd etməsinin səbəbləri haqda danışıb:
"Çılğınca sevinməyimizin səbəbi odur ki çox zəhmət çəkmişdik. Avropa Kubokunda yaxşı nəticə göstərmək və Azərbaycan həndbolunda sözümüzü demək üçün 3 ay çalışmışdıq".
O, Azərbaycan həndbolu haqqında təəssüratlarını bölüşüb və hədəflərdən danışıb:
"Azərbaycan həndbolu haqqında təəssüratlarım yaxşıdır. Mənim üçün də hər şey yaxşıdır. Mingəçevirdə özümü xoşbəxt hiss edirəm. Hədəfimiz növbəti mərhələni də adlamaqdır. Belədə Azərbaycanı daha çox tanıda bilərik. Hər kəsə sürpriz etmək istəyirik. Növbəti mərhələ daha çətin olacaq. Məşqçilərimizon köməyi ilə növbəti mərhələni adlayacağımıza inanıram".
Qeyd edək ki, komandalar arasında keçirilən iki oyunun nəticəsinə görə (35:31, 32:29) "Kür" mərhələ adlayıb.
Oxşar xəbərlər
"Kür"ün baş məşqçisi: Azərbaycanda həndbolu çox sevirlər
Avropa Kuboku: Azərbaycan komandası ikinci oyunda qələbə qazanıb
Avropa Kuboku: "Kür" komandası ilk oyunda qələbə qazanıb
"Kür"ün kapitanı: "Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"
“Qarabağ” Avropa kubokunda III mərhələyə yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











