sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Avropa Kuboku: "Kür" komandası ilk oyunda qələbə qazanıb
Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda keçirdiyi ilk oyunda qələbə qazanıb.
“Sizinxeber.az”un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, II mərhələdən yarışa qoşulan təmsilçimiz Kiprin “Parnassos Strovolu” komandası ilə üz-üzə gəlib.
Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin 35:31 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, komandalar arasında cavab matçı da sabah Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.
Oxşar xəbərlər
Avropa Kuboku: “Kür” komandası bu gün mübarizəyə başlayır
Azərbaycanın “Kür” komandası Avropa Kubokunda mübarizəyə başlayır
Avropa Kuboku: Azərbaycanın həndbol klublarının oyunlarının proqramı açıqlanıb
Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunda III mərhələyə yüksəlib
Avropa Kuboku: Azərbaycan komandası Fransa təmsilçisini məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











