Avropa Kuboku: Azərbaycan komandası ikinci oyunda qələbə qazanıb
sizinxeber.az xəbər saytı

Avropa Kuboku: Azərbaycan komandası ikinci oyunda qələbə qazanıb


Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda Kiprin “Parnassos Strovolu” komandasına qarşı keçirdiyi ikinci oyunda qələbə qazanıb.

“Sizinxeber.az”un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma Azərbaycan klubunun 32:29 hesablı üstünlüyü ilə başa çatıb.

Komada bu qələbədən sonra Avro Kubokunun III raunduna vəsiqə əldə edib.

Qeyd edək ki, komandalar arasında ilk oyun "Kür"ün 35:31 hesablı qələbəsi ilə nəticələnmişdi.

Oxşar xəbərlər

Avropa Kuboku: "Kür" komandası ilk oyunda qələbə qazanıb
Avropa Kuboku: "Kür" komandası bu gün ikinci matçını keçirəcək
Avropa Kuboku: “Kür” komandası bu gün mübarizəyə başlayır
Azərbaycanın “Kür” komandası Avropa Kubokunda mübarizəyə başlayır
"Kür"ün kapitanı: "Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər