"Kür"ün kapitanı: "Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"
sizinxeber.az xəbər saytı

"Kür"ün kapitanı: "Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"


"Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"

"Sizinxeber.az"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının kapitanı Ramazan Muradov Avropa Kubokunda Kipr təmsilçisi “Parnassos Strovolu” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Oyunçu sabah daha yaxşı oynamağa çalışacaqlarını deyib:

"Neçə illərdir avrokuboklarda oynayırdım, amma qələbə qazana bilmirdim. Sabahkı oyuna hazırlaşırıq. Bugünkü kimi oynayacağıq. Daha çox topla udmağa hazırıq".

İkinci Qarabağ müharibəsi qazisi olan R.Muradov cavab oyunundakı şanslar haqqında da danışıb:

"Birinci hissə istədiyimiz kimi alınmadı. İkinci hissədə daha yaxşı oynadıq. Sabahkı oyunun ilk dəqiqələrindən daha yaxşı çıxış etməyə çalışacağıq. Belədə daha çox qol vurmaq şansımız olacaq".

Qeyd edək ki, Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin 35:31 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

Azərbaycanın “Kür” komandası Avropa Kubokunda mübarizəyə başlayır
Avropa Kuboku: “Kür” komandası bu gün mübarizəyə başlayır
Avropa Kuboku: "Kür" komandası ilk oyunda qələbə qazanıb
Krunoslav Renduliç: Sabahkı oyuna yaxşı hazırlaşmışıq
Azərbaycan millisinin baş məşqçisi: Avropa Kubokunda öz oyunumuza qayıdacağımıza ümid edirəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər