Azərbaycanın basketbol milliləri Avropa Kubokunda mübarizə aparacaq
Azərbaycanın 3x3 basketbol üzrə kişi və qadınlardan ibarət milliləri Avropa Kubokunda çıxış edəcək.
"Report" Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə ilk olaraq qadın millimiz start verəcək.
İspaniya və Avstriya yığmaları ilə qarşılaşacaq kollektiv qrupda ilk oyunu avqustun 22-də, Bakı vaxtı ilə saat 15:40-da İspaniyaya qarşı keçirəcək. Milli ikinci oyunda isə saat 19:15-də Avstriya ilə üz-üzə gələcək.
Kişi millimizin qrupdakı rəqibləri Avstriya və Niderland seçmələri olacaq. İlk oyun avqustun 23-də, Bakı vaxtı ilə saat 15:40-da Niderlanda, ikinci görüş isə 19:15-də Avstriyaya qarşı olacaq.
Qeyd edək ki, turnir avqustun 22-25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Oxşar xəbərlər
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
Azərbaycanın 3x3 basketbol millisinin Bakı mərhələsindəki rəqibləri müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
