sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın 3x3 basketbol millisinin Bakı mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Bakı mərhələsindəki rəqibləri müəyyənləşib.
"Report"un məlumatına görə, 16 komandanın iştirak edəcəyi yarışda yığmamız C qrupunda mübarizə aparacaq.
Əsas raunddan yarışa qatılacaq təmsilçimiz Almaniyanın “Düsseldorf ZOOS” klubu və təsnifat mərhələsinin A qrupunda ilk pilləni tutacaq komanda ilə görüşəcək.
Avqustun 17-də “Düsseldorf ZOOS”la üz-üzə gələcək komandamız həmin gün təsnifatdan gələn komanda ilə də qarşılaşacaq. İlk görüş saat 16:50-də, növbəti qarşılaşma isə 18:30-da başlayacaq.
Qeyd edək ki, Bakı mərhələsi avqustun 17-si və 18-də keçiriləcək.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
