"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis: "Gəncə" ilə oyun bizim üçün çətin olsa da ruhdan düşmədik"
Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində "Gəncə" ilə baş tutan oyunun çətinliyi "Sabah"ı ruhdan salmayıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu baş məşqçi Rimas Kurtinaytis Bakı klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis, rəqib komandanın mübarizəsini yüksək qiymətləndirib:
"Qələbə qazandığımıza və final seriyasına yüksəldiyimizə görə şadam. "Gəncə" liqanın ən yaxşı təşkilatlanmış komandalarından biridir. Bu cür komandaya qarşı oynamaq asan deyil. Rəqibi mövsüm ərzində sərgilədiyi gözəl və layiqli mübarizəyə görə təbrik edirəm. Müntəzəm çempionatla pley-off mərhələsi fərqlidir. Bu mərhələdə şanslar bərabərdir. Bizim üçün çətin oyun olsa da, ruhdan düşmədik. Final seriyasındakı rəqibimizə gəlincə, güclü olan qalib gəlsin".
Qeyd edək ki, "Sabah" iki oyunun nəticəsinə görə (96:67, 78:73) qələbə qazanaraq adını finala yazdırıb.
Oxşar xəbərlər
Rimas Kurtinaytis: "Məğlubiyyətimizə bəraət yoxdur"
“Sabah” basketbol klubunun baş məşqçisi yarımfinala yüksəldikləri oyunu şərh edib
Rimas Kurtinaytis: "Ən yaxşı qələbələrimizdən birini qazandıq"
Rimas Kurtinaytis "Neftçi" üzərində qazandıqları qələbəni dəyərləndirib
Rimas Kurtinaytis: "Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
