“Sabah” basketbol klubunun baş məşqçisi yarımfinala yüksəldikləri oyunu şərh edib
“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis pley-off mərhələsində "Sərhədçi"yə qalib gələrək yarımfinala yüksəldikləri oyunu şərh edib.
"Report" xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis qələbəyə görə şad olduqlarını bildirib.
"Qələbə qazandığımıza görə şadam. İlk 2 periodda 30 xallıq fərq yaratsaq da, növbəti 2 periodda komadanın sərgilədiyi oyundan razı qalmadım. Bu bizim işimizdir. Hesabdan asılı olmayaraq bunu yüksək səviyyədə görməliyik. Müdafiədə səhvlərimiz oldu. Hər oyundan nəsə öyrənməliyik. Nəticə çıxarmalıyıq", - R.Kurtinaytis vurğulayıb.
Qeyd edək ki, "Sabah" "Sərhədçi" ilə baş tutan ilk matçda 90:64, ikinci oyunda isə 104:77 hesablı qələbəyə sevinib.
Oxşar xəbərlər
Rimas Kurtinaytis: "Ən yaxşı qələbələrimizdən birini qazandıq"
Rimas Kurtinaytis: "Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm"
Azərbaycan Basketbol Liqası: Pley-off oyununda "Sabah" "Sərhədçi"yə qalib gəlib
Rimas Kurtinaytis: "Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı"
"Ordu"nun baş məşqçisi "Quba"ya qalib gəldikləri oyunu dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
