Rimas Kurtinaytis "Neftçi" üzərində qazandıqları qələbəni dəyərləndirib
"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci matçında "Neftçi" üzərində qazandıqları qələbəni dəyərləndirib.
"Sizinxeber.az" xəbər verir ki, litvalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında rəqibin tam qüvvə ilə mübarizə apardığını vurğulayıb.
O, fiziki hazırlıqların qələbədə əsas rol oynadığını söyləyib:
"Rəqib ilk oyunda olduğu kimi bu dəfə də tam qüvvəsi ilə mübarizə apardı. Düşünürəm ki, qələbəmizdə əsas rolu fiziki hazırlıq oynadı. Qələbəyə görə sevinsək də, bu oyun artıq keçmişdə qaldı. Növbəti oyunu düşünməliyik. Ribaundlarda səhvlərimiz oldu. Ümumi götürsək, səhvlər də oyunun bir hissəsidir. Buna baxmayaraq oyunçularımızın xarakter nümayiş etdirdiklərinə görə həm sevinirəm, həm də onlara təşəkkür edirəm".
Qeyd edək ki, final seriyasının ikinci matçında "Sabah" "Neftçi"ni 86:77 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci matçında "Sabah" "Neftçi"ni məğlub edib
Rimas Kurtinaytis: "Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm"
Rimas Kurtinaytis: "Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir"
Rimas Kurtinaytis: "Ən yaxşı qələbələrimizdən birini qazandıq"
Rimas Kurtinaytis: "Neftçi"dən çəkinmirik, final seriyası asan olmayacaq" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













