Rimas Kurtinaytis: "Məğlubiyyətimizə bəraət yoxdur"
sizinxeber.az xəbər saytı

Rimas Kurtinaytis: "Məğlubiyyətimizə bəraət yoxdur"


"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final seriyasında "Neftçi"yə məğlub olduqları (66:84) dördüncü oyunu şərh edib.

"Report" xəbər verir ki,  mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətin səbəblərindən danışıb.

"Məğlubiyyətimizə bəraət yoxdur. Fiziki yorğunluq səbəb ola bilməz. Çünki rəqib də eyni şərtlər altında mübarizə aparır. Rəqib mobil oyun sərgilədi. Bizdə isə heç nə alınmadı. Növbəti görüşün bazar günü keçirilməsi oyunçulara bir qədər istirahət verməyə şərait yaradır. Bu pley-offdur. Final seriyasında hər iki tərəf ən yaxşı oyununu göstərməyə çalışır. Bizim kimi rəqib də hər qarşılaşmaya qələbə üçün çıxır. Seriyada ümumi hesab bərabərdir. Hər şey yenidən başlayır", - deyə o bildirib. 

Qeyd edək ki, tərəflər arasında seriyada bərabərlik var - 2:2. Komandalar arasında növbəti - 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Oxşar xəbərlər

Rimas Kurtinaytis: "Futbolda olduğu kimi, basketbolda da "vurmayana vurarlar" prinsipi keçərlidir"
Rimas Kurtinaytis: "Futbolda olduğu kimi basketbolda da "vurmayana vurarlar" prinsipi keçərlidir"
Rimas Kurtinaytis "Neftçi" üzərində qazandıqları qələbəni dəyərləndirib
Rimas Kurtinaytis: "Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir"
Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Sabah" final seriyasının dördüncü matçına çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər