Pelenin forması 6 milyona satışa çıxarılacaq - Foto
sizinxeber.az xəbər saytı

Pelenin forması 6 milyona satışa çıxarılacaq - Foto


Braziliyalı əfsanəvi futbolçu Pelenin 1958-ci il Dünya Kuboku finalında geyindiyi forma hərracda 6 milyon dollardan çox qiymətə satışa çıxarılacaq.

Sizinxeber.Az xəbər verir ki, bu barədə "The Atletik" qəzetinin məlumatında deyilir.

Bildirilib ki, Pelenin formasının təxmini qiyməti 6 milyon dollardan çoxdur. Hərrac 29 iyunda başlayacaq və 16 iyulda başa çatacaq.

İsveçdə keçirilən 1958-ci il Dünya Kuboku finalında Braziliya ev sahiblərini 5-2 hesabı ilə məğlub edərək ilk dəfə kuboku qazanmışdı. O vaxt 17 yaşı olan Pele həlledici matçda iki qol vurmuşdu.

Xatırladaq ki, Pele 29 dekabr 2022-ci ildə 82 yaşında vəfat etdi.

Oxşar xəbərlər

Neymar Pelenin “Santos”da geyindiyi 10 nömrəli formada oynayacaq
Əfsanəvi beysbolçunun forması hərracda satılan ən bahalı idman xatirə əşyası olub
Əfsanəvi basketbolçunun forması hərracda 2 milyon dollara satılıb
Kriştianu Ronaldunun kolleksiya kartı 1,35 milyon dollara satılıb
Helikopter qəzasında ölən basketbolçunun geyindiyi ilk forma rekord qiymətə satılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər