Əfsanəvi beysbolçunun forması hərracda satılan ən bahalı idman xatirə əşyası olub
Əfsanəvi beysbolçu Beyb Rutun 1932-ci ildə Dünya Seriyası zamanı geyindiyi forma hərracda satılan ən bahalı idman xatirə əşyası olub.
"Sizinxeber.az" "BBC Sport"a istinadən xəbər verir ki, keçmiş idmançının forması 18,1 milyon funt-sterlinqə (24,12 milyon dollar) öz alıcısını tapıb.
1920-ci ildə "Boston Red Soks"dan "Nyu-York Yankis"ə transfer edilən beysbolçu, bu formanı 1932-ci ildə "Çikaqo Kabs"a qarşı Ümumdünya Seriyasının üçüncü oyunu zamanı geyinmişdi. Həmin matç idmançı üçün Dünya Seriyasında sonuncu olub. Bütün zamanların ən yaxşısı hesab edilən B.Rut yeddi dəfə Dünya Seriyasının qalibi adını qazanıb.
1935-ci ildə karyerasını bitirən idmançı, 1948-ci ildə 53 yaşında vəfat edib.
Qeyd edək ki, əvvəlki rekord məşhur basketbolçu Maykl Cordana məxsus idi. "Çikaqo Bullz"un heyətində olarkən (1998) M.Cordanın NBA-nın finalında geyindiyi forma 2022-ci ildə 7,64 milyon funt-sterlinqə (10,1 milyon dollar) satılmışdı.
Oxşar xəbərlər
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əfsanəvi futbolçu Frans Bekkenbauer vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
2023-cü ildə ən çox maaş alan futbolçu məlum oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
SSRİ yığmasının heyətində olimpiadanın qalibi olmuş basketbolçu vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
2 aya 72 milyon qazandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












