

Əfsanəvi basketbolçunun forması hərracda 2 milyon dollara satılıb
Əfsanəvi basketbolçu Maykl Cordanın 1992/1993 mövsümündə geyindiyi və üçüncü dəfə NBA çempionu olduğu forması 2 milyon 623 min dollara satılıb.
"Report" ESPN-ə istinadən xəbər verir ki, forma "Heritage Auctions" hərrac evində öz sahibini tapıb.
Basketbolçu 1992-ci il noyabrın 6-dan 1993-cü il martın 24-nə qədər 17 oyunda forma geyinib. Daha sonra onun "Sports Illustrated" jurnalının üz qabığında bu forma ilə şəkli yerləşdirilib.
Maraqlıdır ki, həqiqətən də bu formanı M.Cordanın geyindiyini sübut etmək üçün mütəxəssislər sözügedən dövrlərdə 11 matçdan fotoları müqayisə etməklə araşdırma aparıblar. Digər altı oyundan olan fotoların bəzilərində formalar, bir qismində isə şortlar uyğun gəlib.
Qeyd edək ki, əfsanəvi basketbolçu ilə əlaqəli ən bahalı əşya hələ də 1998-ci ildə NBA finallarında geyindiyi fomadır. Bu geyim 2022-ci ilin sentyabrında 10 milyon dollara satılıb. Bu da həmin vaxt hərracda satılan ən bahalı idman əşyası olub.
Oxşar xəbərlər
Əfsanəvi beysbolçunun forması hərracda satılan ən bahalı idman xatirə əşyası olub
Helikopter qəzasında ölən basketbolçunun geyindiyi ilk forma rekord qiymətə satılıb
Lebron Ceymsin imzalı ticarət kartı hərracda 1 milyon dollara satılıb
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
"Formula 1"in keçmiş pilotunun dəbilqəsi hərracda 965 min dollara satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
14 yaşadək voleybolçulardan ibarət Azərbaycan çempionatına yekun vurulub
-
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
-
Danimarka və İsveç Ukraynaya dronlardan müdafiə üçün yardım göndərib
-
Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "Azərbaycanın dünya çempionatını ən gözəl şəkildə keçirəcəyi bəlli idi”
-
Qəzza hökuməti: İsrail ərazimizin 77 %-nə nəzarəti ələ keçirib
-
Tramp ABŞ DİN başçısını Vaşinqtonda diplomatların öldürülməsindən sonra İsrailə göndərir
