İranda Aşura mərasimində silahlı insident baş verib
sizinxeber.az xəbər saytı

İranda Aşura mərasimində silahlı insident baş verib


İranın cənub-şərqində, Sistan və Bəlucistan ostanında yerləşən, eyniadlı şəhristanın mərkəzi olan Saravan şəhərindəki məscidin yanında atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Saravan şəhərinin əsas məscidinin yaxınlığında kor-təbii atışma baş verib, nəticədə terrorçular təşviş içində hadisə yerini tərk ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Hadisənin Aşurada mərasimi keçirilən ərazidə baş verdiyi bildirilir: "Hazırda şəhərdə sakitlik bərqərar olub".

Oxşar xəbərlər

İranda "Bəsic" qüvvələrinin beş üzvü və yaralı mayoru silahlı hücumda ölüb
İranda baş verən atışmada üç hücumçu zərərsizləşdirilib, bir polis ölüb
İranda məhkəmə binasına silahlı hücum nəticəsində 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
İran-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib
İranda məhkəmə binasına silahlı hücum olub, beş nəfər ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər