İtaliya və Fransa Livana dəstək üçün koalisiya yaratmaq barədə razılığa gəliblər
sizinxeber.az xəbər saytı

İtaliya və Fransa Livana dəstək üçün koalisiya yaratmaq barədə razılığa gəliblər


İtaliya və Fransa BMT-nin Müvəqqəti Qüvvələri (UNIFIL) missiyasının başa çatmasından sonra Livanı dəstəkləmək üçün koalisiya yaratmaq barədə razılığa gəliblər.

"Sizinxeber.az"un məlumatına görə, İtaliyanın Baş naziri Gorcia Meloni bunu Antibedəki ikitərəfli sammitdən sonra Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında açıqlayıb.

"BMT-nin missiyası ilin sonunda başa çatır və biz Livanı dəstəkləmək üçün koalisiya yaratmaq, UNIFIL-dən sonrakı plan hazırlamaq qərarına gəldik", - o deyib.

Meloni əlavə edib ki, yaxın gələcəkdə Livana həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Onun sözlərinə görə, əsas məqsəd Yaxın Şərqdə təhlükəsizliyi təmin etməkdir. "İtaliya və Fransa həmişə Livanda olub və buna görə də ölkələrimizin beynəlxalq missiyaya rəhbərlik etməsi tamamilə təbiidir. Biz sıfırdan başlamayacağıq. Livan hakimiyyətinə ərazi nəzarəti üzərində inhisarçılığı təmin etmək kimi əsas məqsədi qorumaq vacibdir. Aydın və strukturlaşdırılmış mandat lazımdır, UNIFIL-də çatışmayan bir şey", - o izah edib.

Xatırladaq ki, UNIFIL BMT Təhlükəsizlik Şurası tərəfindən 1978-ci ildə İsrailin Livana hücumundan sonra yaradılıb. Onun tərkibi 47 ölkədən təxminən 8 200 nəfərdən ibarətdir. UNIFIL-in əsas məqsədləri hərbi əməliyyatların dayandırılmasını izləmək, mülki şəxslərə humanitar yardımın göstərilməsini təmin etmək və Livan silahlı qüvvələrinin ölkənin cənubuna qayıtmasını asanlaşdırmaqdır.

Oxşar xəbərlər

İtaliya Baş naziri Livana səfər edib
Meloni: İtaliya Hörmüzün açıq qalmasını üçün hərbi-dəniz missiyasında iştirak etməyə hazırdır
ABŞ Hörmüz boğazından keçən gəmilərin müşayiəti üçün koalisiya yaratmaq istəyir
KİV: Avropa ABŞ-nin iştirakı olmadan Hörmüz boğazında "əməliyyat" planlaşdırır
ABŞ və İraq beynəlxalq koalisiya qoşunlarının çıxarılması ilə bağlı razılığa gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər