BMT yük gəmisinə hücumdan sonra Hörmüz boğazından təxliyəni dayandırıb
sizinxeber.az xəbər saytı

BMT yük gəmisinə hücumdan sonra Hörmüz boğazından təxliyəni dayandırıb


BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (BDT) Hörmüz boğazından dənizçilərin təxliyəsini dayandırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə BDT-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, qərar Oman körfəzində yük gəmisinə hücumdan sonra verilib.

"BDT-nin bir neçə gəmisinin uğurla təxliyəsindən sonra təxliyə siyahımızdakı gəmilər və bölgədəki bütün gəmilər üçün lazımi təhlükəsizlik zəmanətlərinin qüvvədə qaldığını təsdiqləmək üçün bu prosesi müvəqqəti olaraq dayandırmaq qərarına gəldim", - baş katib Arsenio Dominqes bildirib.

O, Hörmüz boğazından keçən, Oman körfəzində hücuma məruz qalan gəminin təxliyə siyahısında olmadığını aydınlaşdırıb.

"Mən həmişə dənizçilərin təhlükəsizliyinin əsas prioritet olaraq qaldığını vurğulamışam. Fars körfəzində ilişib qalmış minlərlə dənizçinin bu geosiyasi münaqişədə əlavə zərərçəkmə riski olmadan təxliyəsinin davam etdirilməsi üçün şəraitin təmin olunması vacibdir", - Dominqes fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər

Fars körfəzində qalan gəmilərin Hörmüz boğazından keçidinə start verilib
Hörmüz boğazından 11 mindən çox dənizçi təxliyə ediləcək
ABŞ rəsmən elan etdi: Gəmilər Hörmüz boğazından keçib
ABŞ Mərkəzi Komandanlığı: Gəmilər Hörmüz boğazından keçir
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər