Polşa millisinin futbolçusu: “Ümid edirəm ki, növbəti yarışlarda da təşkilatçılıq Azərbaycandakı kimi olacaq”
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 finalında Monteneqroya məğlub olaraq (0:1) mübarizəni dayandıran Polşa millisinin üzvü Pyotr Makovski yarışın təşkilatçılığını yüksək qiymətləndirib.
O, “Report”a açıqlamasında Azərbaycan millisinin oyunlarını xeyli sayda azarkeşin izlədiyini bildirib.
Futbolçu gözəl atmosfer yaradıldığı qənaətindədir:
“Dünya çempionatı çox yaxşı təşkil edilib. Düşünürəm ki, indiyə qədər ən yaxşı təşkilatçılıq Azərbaycanda oldu. Xüsusən də Azərbaycan yığmasının oyunlarını xeyli azarkeş izləyir. Gözəl atmosfer var. Ümid edirəm ki, növbəti yarışlarda da təşkilatçılıq Azərbaycandakı kimi olacaq”.
Polşalı oyunçu Azərbaycan millisini favorit görür:
“Oyun çətin keçdi. Qələbə qazanmaq istəyirdik. Lakin Monteneqro 1 qol vurdu və növbəti mərhələyə vəsiqə qazandı. Fikrimcə, dünya çempionatının əsas favoriti Azərbaycan millisidir”.
Oxşar xəbərlər
Özbəkistan millisinin üzvü: "Bakıda dünya çempionatı ideal təşkil olunub"
Portuqaliya minifutbol yığmasının meneceri: "Azərbaycan dünya çempionatının favoritidir"
Türkiyə minifutbol yığmasının baş məşqçisi: "Dünya çempionatının əsas favoriti Azərbaycan yığmasıdır"
Azərbaycan millisinin futbolçusu: "Litvanı üstələyərək qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanacağımıza ümid edirəm"
Çad Minifutbol Federasiyasının prezidenti Bakıdakı mundialın təşkilatçılığını yüksək qiymətləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
