Türkiyə minifutbol yığmasının baş məşqçisi: "Dünya çempionatının əsas favoriti Azərbaycan yığmasıdır"
sizinxeber.az xəbər saytı

Türkiyə minifutbol yığmasının baş məşqçisi: "Dünya çempionatının əsas favoriti Azərbaycan yığmasıdır"


Türkiyə minifutbol yığmasının baş məşqçisi Durul Tuğ Azərbaycan millisini Bakıda keçirilən dünya çempionatının əsas favoriti hesab edib.

Mütəxəssis bunu “Sizinxeber.az”a açıqlamasında bildirib.

“Məncə, dünya çempionatının əsas favoriti Azərbaycan yığmasıdır. Bunu türk olduğum üçün demirəm. Bu azarkeşlər və komanda, məncə, çempion olmağa layiqdir. Digər favoritlər Serbiya və Rumıniya ola bilər”, - D.Tuğ vurğulayıb.

Mütəxəssis təşkilatçılığa çox ciddi yanaşıldığını söyləyib:

“Azərbaycanda dünya çempionatının təşkilatçılığı olduqca uğurludur. Çox ciddi yanaşılıb və dəyər verilib. Yarışda mübarizə aparan 32 komandanın hər biri özlərini dəyərli hiss edir. Bu, Azərbaycanda keçirilən dünya çempionatı üçün söyləyə biləcəyim ən gözəl sözlərdir”.

O, komandasının çıxışını dəyərləndirib:

“Daha yaxşı oynaya bilərdik. Yeni komandayıq, daha yaxşı olmaq üçün çox çalışacağıq. Çatışmazlıqlarımız var. Bizim üçün çox böyük təcrübə oldu”.

Qeyd edək ki, Türkiyə yığması dünya çempionatının qrup mərhələsinin sonuncu - III turunda İngiltərəyə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Oxşar xəbərlər

Portuqaliya minifutbol yığmasının meneceri: "Azərbaycan dünya çempionatının favoritidir"
Monteneqro millisinin baş məşqçisi Bakıda Tailanda qarşı keçirdikləri matçı dəyərləndirib
Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatının Bakıda keçirilməsi böyük idman hadisəsidir"
Türkiyə Minifutbol Federasiyasının prezidenti: "Təşkil olunmuş dünya çempionatları arasında ən gözəli Bakıdakıdır"
Azərbaycanın minifutbol millisinin baş məşqçisi Monteneqro ilə matçı dəyərləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər