Azərbaycan millisinin futbolçusu: "Litvanı üstələyərək qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanacağımıza ümid edirəm"
Ümid edirəm ki, son matçda Litvanı məğlub edərək qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanacağıq.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Manə Mollayeva deyib.
27 yaşlı oyunçu Monteneqroya qarşı keçirdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu (1:1) ilə bağlı fikirlərini bölüşüb:
"Nəticəyə təsir edən əsas amillərdən biri bizim iki oyun keçirməyimiz oldu. Rəqiblə müqayisədə daha yorğun idik və hər iki qarşılaşmanı səfərdə keçirdik. Monteneqro isə bu dönəmdə bir oyuna çıxdı. O da öz evində bizə qarşı".
Görüşdə hesabı açan M.Mollayeva qələbəni əldən verdikləri üçün məyus olduqlarını vurğulayıb:
"Hər şey son tura qaldı. Ümid edirəm ki, son matçda Litvanı məğlub edərək qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanacağıq".
Oxşar xəbərlər
"Osiyek"in futbolçusu: Bakıya növbəti mərhələyə vəsiqə qazanmaq üçün gedirik
Azərbaycan millisinin baş məşqçisi: “Qələbəni əldən verdiyimiz üçün məyusuq”
Azərbaycan millisinin futbolçusu: "Monteneqro ilə oyunda qapımıza penaltinin təyin olunması düzgün qərar deyildi"
Azərbaycan millisinin sabiq üzvü: Yığmamız hücum futboluna üstünlük versə, qələbə də qazana bilər
ABF rəsmisi: "Sabah"ın Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanacağına inanıram
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













