Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub
sizinxeber.az xəbər saytı

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub


Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub.

“Report”un məlumatına görə, qrup mərhələsinin III turunda 8 oyun baş tutub.

Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.

A qrupunda yer alan Azərbaycan millisi Mavritaniyanı 2:0 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə Bəhreyn Sloveniyanı 4:1 hesabı ilə üstələyib. Beləliklə, bu qrupda  Azərbaycan və Mavritaniya komandaları 1/8 finala vəsiqəni təmin edib.

A qrupu

1. Azərbaycan — 7 xal (7:1)

2. Mavritaniya — 4 xal (3:3)

3. Bəhreyn — 4 xal (5:4)

4. Sloveniya — 1 xal (2:9)

B qrupunda Özbəkistan yığması Çadla qarşılaşıb. Görüş Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0. Lakin buna baxmayaraq komanda qrupda qalıb. Əvəzində dünya çempionatının favoritlərindən sayılan Rumıniya komandası Fransa millisi ilə oyunda heç-heçə (0:0) sayəsində 1/8 finala vəsiqəni təmin edib.

B qrupu

1. Fransa — 5 xal (4:3)

2. Rumıniya — 4 xal (4:5)

3. Özbəkistan - 4 xal (7:5)

4. Çad — 3 xal (4:6)

C qrupunda Türkiyə millisi İngiltərəyə uduzaraq (0:3) qrupdan çıxa bilməyib. Macarıstan isə Ukraynanı məğlub edərək (3:0) adını növbəti mərhələyə yazdırıb.

C qrupu

1. İngiltərə — 7 xal (8:1)

2. Macarıstan - 5 xal (5:2)

3. Türkiyə — 4 xal (4:5)

4. Ukrayna — 0 xal (1:10)

D qrupunda yer alan Portuqaliya qrup mərhələsinin III turunda Hindistanı böyük hesabla məğlub edərək (8:0) xallarının sayını 9-a çatdırıb. Bolqarıstan isə Slovakiya üzərində 1:0 hesablı qələbə qazanaraq qrup mərhələsini ikinci pillədə başa vurub.

D qrupu

1. Portuqaliya — 9 xal (13:2)

2. Bolqarıstan — 6 xal (7:3)

3. Slovakiya — 3 xal (16:3)

4. Hindistan — 0 xal (0:28)

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Oxşar xəbərlər

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü günə yekun vurulub
Sloveniya millisi dünya çempionatında Bəhreynə məğlub olub
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi növbəti matçına çıxacaq
Minifutbol üzrə dünya çempionatı: Bu gün qrup mərhələsində II tura start veriləcək
Bakıda minifutbol üzrə dünya çempionatı başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle