Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB
Venesuelada 7 maqnitudalı zəlzələ paytaxtda, bir neçə ştatda dağıntılara və tələfatlara səbəb olub.
"Report"un məlumatına görə, daxili işlər naziri Diosdado Kabello bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib.
"Təəssüflə bildirirəm ki, 7 maqnitudalı zəlzələ Araqua, Karabobo, Miranda, Truxilyo və Yarakuy, eləcə də La-Quayra ştatında və Karakasda hiss olunub, çünki zəlzələ güclü olub", - daxili işlər naziri deyib.
Karakasdakı Altamira və Palos Grandes seysmik cəhətdən aktiv ərazilərində yaşayış binaları da daxil olmaqla bir neçə bina uçub və insan itkiləri ilə nəticələnib. Kabelyo əlavə edib ki, paytaxtın digər ərazilərində də dağıntılar olub və ölüm halları qeydə alınıb.
Nazir bildirib ki, xilasetmə xidmətləri, yanğınsöndürənlər, polis bölmələri və mülki müdafiə könüllüləri zədələnmiş binaları təmizləyir və zərərçəkənlərə yardım göstərirlər. O, vətəndaşları zədələnmiş binaları tərk etməyə, yaralılara kömək göstərməyə və nəqliyyata mane olmamağa çağırıb.
Qeyd edək ki, Venesuela hakimiyyəti fövqəladə vəziyyət elan edib.
Venesuelanın şimalında 7,1 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə "Report" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 18:04-də (cümə axşamı Bakı vaxtı ilə saat 02:04) Karabobo əyalətinin təxminən 1,62 milyon insanın yaşadığı Valensiya şəhərindən 60 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Hazırda zərərçəkənlər və ya dağıntı barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Ermənistanda 4 maqnitudalı zəlzələ olub
Ermənistanda 3,5 maqnitudalı zəlzələ olub
Myanmada ölənlərin sayı 700 nəfərə çatıb - YENİLƏNİB
Rumıniyada 5,2 maqnitudalı zəlzələ olub
Cəlilabadda 3,3 maqnitudalı zəlzələ olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
