Azərbaycan millisinin üzvü: “Ümid edirəm ki, növbəti mərhələlərdə də qələbələr və medallar qazanacağıq”
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin üzvü: “Ümid edirəm ki, növbəti mərhələlərdə də qələbələr və medallar qazanacağıq”


Azərbaycanın minifutbol yığmasının üzvü Mirmehdi Rzayev Mavritaniya üzərində qazandıqları qələbədən sonra komandanın növbəti mərhələyə yüksəlməsini dəyərləndirib.

“Report” xəbər verir ki, o, ilk matçda bəxtlərinin gətirmədiyini deyib.

M.Rzayev komandanın gücünün daha artıq olduğunu düşünür:

“Qələbə qazandıq, düşünürəm ki, gücümüz bundan da artıqdır. İlk oyunda bəxtimiz gətirməmişdi. Şükür ki, qrup mərhələsini lider kimi bitirdik. Ümid edirəm ki, növbəti mərhələlərdə də qələbələr və medallar qazanacağıq”.

“Avropa çempionu olmaq tam başqa hisslər idi. Bura isə fərqlidir. Doğma azarkeşlər önündə oynamaq, həqiqətən zövq verir. Bizə dəstək göstərənlərə təşəkkürümü bildirirəm”, - deyə futbolçu əlavə edib.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsinin son turunda Mavritaniyanı 2:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Oxşar xəbərlər

Azərbaycan millisinin futbolçusu: "Litvanı üstələyərək qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanacağımıza ümid edirəm"
Azərbaycan millisinin baş məşqçisi: "Azarkeşlərin dəstəyi sayəsində qələbə qazandıq"
Özbəkistan millisinin üzvü Çad üzərində qələbəni dəyərləndirib
“Zirə” minifutbol klubunun qapıçısı: “Ümid edirəm ki, qızıl medalları biz qazanacağıq”
Özbəkistan millisinin üzvü: "Bakıda dünya çempionatı ideal təşkil olunub"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər