Putin artıq bunu gizlədə bilmir: Moskvalılar şokdadır... » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2026
12:06
0
0
1 325
ff aaaaaaa

Putin artıq bunu gizlədə bilmir: Moskvalılar şokdadır...

24 may, 2026
12:06
1 325

Putin artıq bunu gizlədə bilmir: Moskvalılar şokdadır...

Rusiya Prezidenti Vladimir Putin artıq Rusiya əhalisindən, xüsusilə də Moskva sakinlərindən Ukraynaya qarşı müharibənin hər kəsə təsir edə biləcək bir fəlakətə çevrildiyini gizlədə bilmir.

Axar.az xəbər verir ki, bunu şotlandiyalı strateji araşdırmalar üzrə professor Filips Payson Obrayn bildirib.

O qeyd edib ki, dörd ildən artıq müddətdə Kreml Moskvanı Ukraynaya qarşı işğalın nəticələrindən təcrid etməyə çalışıb:

“Rusiya paytaxtında festivallar və kütləvi tədbirlər davam etdirilib, hakimiyyət isə müharibənin rus orta təbəqəsi və elitası üçün hiss olunmasını minimuma endirməyə çalışıb.

Lakin Ukraynanın bir sıra hücumlarından sonra vəziyyət dəyişməyə başlayıb. Bu il Moskvada keçirilən 9 May paradı belə Ukraynanın pilotsuz uçuş aparatlarının mümkün zərbələri qorxusuna görə qeyri-adi dərəcədə qısa olub və ağır texnika nümayiş etdirilməyib.

Ukraynanın Moskva vilayətinə son zərbələri Rusiya paytaxtının zəifliyini nümayiş etdirib və bir çox moskvalını şoka salıb”.

“Putinin yaratdığı və rus elitasını və orta təbəqəni narahat etməməli olan “xüsusi hərbi əməliyyat” narrativi artıq tamamilə dağılır”, – deyə Obrayn əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul