

Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək
Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futzal Federasiyası (NFF) tərəfindən birgə təşkil olunacaq yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq.
Mayın 7-də turnirin püşkatma mərasimi reallaşıb. Nazirliyin şöbə müdiri Taleh İbrahimov tədbirdə iştirak edən komanda nümayəndələrini salamlayaraq deyib ki, ümummili liderimizin xatirəsi idman ictimaiyyəti üçün daim əziz tutulur, hər il dahi şəxsiyyətin doğum və anım günləri ilə bağlı silsilə tədbirlər keçirilir. Futzal turnirinin bu baxımdan ənənəyə çevrildiyini vurğulayan şöbə müdiri yarışın önəminə diqqət çəkib. NFF-nin vitse-prezidenti Arif Xudiyev yarışın ədalətli keçəcəyinə inamını ifadə edib, oyun idarəçiliyində Naxçıvandan olan hakimlərin iştirak edəcəyini, eyni zamanda qaydalara nəzarətin turnirin Təşkilat Komitəsi tərəfindən həyata keçiriləcəyini iştirakçıların nəzərinə çatdırıb.
Turnirin reqlamenti barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Sonra püşkatmaya başlanılıb.
Qeyd edək ki, mayın 10-da start götürəcək turnirin oyunları hər həftənin şənbə günləri İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində mübarizəni davam etdirəcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.
Oxşar xəbərlər
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı keçiriləcək
Qubada 14 yaşadək qızlar arasında futzal turniri keçiriləcək
AFFA futzal üzrə ənənəvi “Payız turniri” keçirəcək
Futzal üzrə ənənəvi “Payız turniri”nə yekun vurulub
Naxçıvanda keçirilən futzal turnirində pley-off mərhələsi başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
