"Yuventus"un əsas hücumçusu zədəsini sağaldıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
dek
2024
23:00

"Yuventus"un əsas hücumçusu zədəsini sağaldıb

04 dek, 2024
23:00
662

"Yuventus"un əsas hücumçusu zədəsini sağaldıb

İtaliyanın "Yuventus" klubunun əsas hücumçusu Duşan Vlahoviç zədəsini sağaldıb.

"Report"un məlumatına görə, o, A Seriyasının XV turunda "Bolonya"ya qarşı keçiriləcək matçda komandasına kömək edə bilər.

Serbiya yığmasının heyətində Danimarka ilə qolsuz yekunlaşan UEFA Millətlər Liqasının matçında sıradan çıxan 24 yaşlı futbolçu "qoca sinyora"nın son üç oyununda meydana çıxa bilməyib.

Duşan Vlahoviç cari mövsüm Turin təmsilçisinin heyətində 16 oyunda 9 qol vurub.

Qeyd edək ki, "Yuventus" - "Bolonya" görüşü dekabrın 7-də baş tutacaq.

Bizimlə əlaqə saxlayın