Azərbaycan millisinin baş məşqçisi: "UEFA İnkişaf Turniri futbolçular üçün yaxşı şansdır"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi: "UEFA İnkişaf Turniri futbolçular üçün yaxşı şansdır"


UEFA İnkişaf Turniri oyunçular üçün yaxşı şansdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində yerli komanda ilə keçirilən ilk oyunla bağlı (0:1) AFFA-nın mətbuat xidmətinə danışarkən deyib bildirib:

O, sözügedən turnirdə layiqli çıxış etmək istədiklərini bildirib:

“Komanda ilə bu il ikinci toplanışımızdır. İlk hazırlığımız ötən ay baş tutmuşdu. Bu dəfə 10 yeni futbolçu dəvət etmişik. UEFA İnkişaf Turniri oyunçular üçün yaxşı şansdır. Burada nəticə o qədər də önəmli sayılmır. Əsas odur ki, bütün futbolçular oynamaq şansı əldə etməlidirlər. Məqsəd onların inkişafına nail olmaqdır. Əlbəttə ki, futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var. Moldova yığması ilə dünənki matçda rəqibdən geri qaldığımız əsas tərəf son ötürmələr və həlledici zərbələr idi. Bunu yavaş-yavaş aradan qaldıracağımıza ümid edirəm. Burada 6 gün ərzində 3 oyun keçirməli olacağıq. Matçlar arasındakı iki günü futbolçuların bərpasına və növbəti görüşə hazır olmasına həsr edirik. Seçmə mərhələ oyunları oktyabrda olacaq. Ona qədər vaxtımız var. Bu müddətdə komandanı formalaşdırıb, seçmə mərhələdə uğurlu çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, U-17 millimiz turnir çərçivəsində növbəti oyunlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya yığması ilə keçirəcək.

Oxşar xəbərlər

AFFA Məşqçilər Komitəsinin üzvü U-17-nin UEFA İnkişaf Turnirindəki ilk oyununu dəyərləndirib
Azərbaycanın U-17 millisinin UEFA İnkişaf turnirindəki hədəfləri açıqlanıb
Azərbaycan millisinin baş məşqçisi: “Hədəf yaxşı çıxış etmək və nəticə qazanmaqdır”
Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər