sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
"Sizinxeber.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Rusiya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 17-ci dəqiqədə Əli Bəşirov vurub.
Qeyd edək ki, komandamız turnir çərçivəsində ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olub. Millimiz son matçını oktyabrın 4-də, saat 17:00-da Qazaxıstana qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirib
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində növbəti dəfə məğlub olub
Azərbaycanın U-17 millisi yoxlama oyunu keçirib
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Azərbaycan millisi Gürcüstanda ikinci yoldaşlıq görüşünü keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













