AFFA Məşqçilər Komitəsinin üzvü U-17-nin UEFA İnkişaf Turnirindəki ilk oyununu dəyərləndirib
sizinxeber.az xəbər saytı

AFFA Məşqçilər Komitəsinin üzvü U-17-nin UEFA İnkişaf Turnirindəki ilk oyununu dəyərləndirib


AFFA Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev Azərbaycanın oğlanlardan ibarət U-17 millisinin Moldovada keçirilən UEFA İnkişaf Turnirindəki ilk oyununu dəyərləndirib.

Hazırda Moldovada olan 65 yaşlı mütəxəssis “Sizinxeber.az”a açıqlamasında Aqil Nəbiyevin baş məşqçisi olduğu komandanın perspektiv vəd etdiyini söyləyib.

O, komandanın zamana ehtiyac duyduğunu vurğulayıb:

“U-17-nin perspektivi var. Məşqçilər komandanın üzərində çalışırlar. Baş məşqçi Aqil Nəbiyev keçmiş tələbələrimizdəndir. Yeni komanda formalaşdırmaq lazımdır. Moldovaya qarşı oyunu canlı izlədim, futbolçular perspektiv vəd edirlər. Sadəcə, daha yaxşı olması üçün zaman lazımdır. Heyətə yeni futbolçular dəvət edilib. Onlar UEFA İnkişaf Turnirində sınaqdan keçirilir. Məşqçilərimiz düzgün yoldadırlar. Ümidvaram ki, yaxşı heyət formalaşdıracaqlar”.

Qeyd edək ki, ötən gün UEFA İnkişaf Turnirində ilk matçına çıxan U-17 Moldovanın müvafiq yaş qrupundan ibarət komandasına 0:1 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

AFFA Məşqçilər Komitəsinin üzvü Moldovaya gedib
Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirib
Məşqçilər Komitəsi AFFA-ya hesabat təqdim edib
Azərbaycanın U-17 millisinin UEFA İnkişaf turnirindəki hədəfləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər