Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Yanvarın 15-də Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.
"Report" xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Yarışda Bakının 30-dan çox müxtəlif klub, cəmiyyət və idman təşkilatından 200-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış müvafiq yaş qrupu üzrə ölkə birinciliyinə seçim xarakteri daşıyır.
Oxşar xəbərlər
Cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək
Bakıda yeniyetmə oğlanlar arasında cüdo üzrə Təhsil İdman Mərkəzinin Respublika Birinciliyi keçiriləcək
Bakıda yeniyetmə oğlanlar arasında cüdo üzrə "Təhsil" İdman Mərkəzinin Respublika Birinciliyi keçiriləcək
Bakıda yeniyetmə oğlanlar arasında cüdo üzrə Təhsil Respublika Birinciliyi keçiriləcək
Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












