sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan millisi İnkişaf Kubokunda keçirdiyi ikinci oyunda qələbə qazanıb
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda keçirdiyi ikinci oyunda qələbə qazanıb.
“Sizinxeber.az” xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda İran yığması ilə üz-üzə gəlib.
Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Qeyd edək ki, U-17 ilk oyunda Rusiya millisinə 0:3 hesabı ilə məğlub olmuşdu. Komanda fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstanla qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi İnkişaf Kubokunda ikinci oyununu keçirəcək
Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirib
Avropa Kuboku: Azərbaycan komandası ikinci oyunda qələbə qazanıb
Azərbaycanın U-19 millisi Belarusla ikinci yoxlama oyununu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













