Premyer Liqa: XXII tura iki oyunla start veriləcək
Misli Premyer Liqasında XXII tura bu gün, iki oyunla start veriləcək.
“Sizinxeber.az”un məlumatına görə, əvvəlcə “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. “Sumqayıt” hazırda turnir cədvəlində 22 xalla 6-cı pillədədir. 17 xala malik “Şamaxı” isə doqquzuncudur.
Günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. İnqilab Məmmədovun idarəçilik edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla beşincidir.
Misli Premyer Liqası
III dövrə, XXII tur
9 fevral
14:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu
17:00. “Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”
Qeyd edək ki, turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.
Oxşar xəbərlər
Premyer Liqa: Bu gün XIX tura iki oyunla yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: XIII tura bir oyunla start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: XII tura bu gün yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Premyer Liqada XIV tura yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: XVII tura bu gün start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












