İngiltərə Liqa kuboku: "Nyukasl" "Arsenal" məğlub edərək finala yüksəlib
sizinxeber.az xəbər saytı

İngiltərə Liqa kuboku: "Nyukasl" "Arsenal" məğlub edərək finala yüksəlib


"Nyukasl" İngiltərə Liqa kubokunun yarımfinalının cavab oyununda London "Arsenal"ını öz meydanında 2:0 hesabı ilə məğlub edərək turnirin finalına çıxıb.

"Sizinxeber.az"un məlumatına görə, meydan sahiblərinin heyətində Ceykob Merfi (19-cu dəqiqə) və Entoni Qordon (52) fərqləniblər.

İlk oyun da "Nyukasl"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Nyukasl" finalda “Liverpul” və “Tottenhem” arasındakı qarşılaşmanın qalibi ilə oynayacaq.

İlk görüş "Tottenhem"in öz meydanında qələbəsi ilə başa çatıb - 1:0. Cavab oyunu cümə axşamı keçiriləcək.

Qeyd edək ki, final oyunu martın 16-da Londonun "Uembli" stadionunda keçiriləcək.

Oxşar xəbərlər

İngiltərə Liqa Kuboku: "Nyukasl" ilk yarımfinal oyununda "Arsenal"ı məğlub edib
İngiltərə Liqa Kuboku: “Arsenal”, “Liverpul” və “Nyukasl” yarımfinala vəsiqə qazanıblar
İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Tottenhem”ə məğlub olub
İngiltərə çempionatı: "Arsenal" "Liverpul"la heç-heçə edib
İngiltərə futbol çempionatı: "Arsenal" "Tottenhem"i məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər