Azərbaycan və Rumıniya klublarının 9-cu dueli: 8 oyunda 1 qələbə - ARAŞDIRMA
UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - FCSB oyunu Azərbaycan və Rumıniya təmsilçilərinin avrokuboklardakı 9-cu matçı olacaq.
"Report"un məlumatına görə, ilk belə qarşılaşma 1998-ci ilə təsadüf edib.
"Dinamo" (Bakı) komandası UEFA Kubokunun (hazırkı Avropa Liqası) I təsnifat mərhələsində "Arceş" (Piteşti") ilə üz-üzə gəlib. Səfərdə baş tutan qarşılaşmada rumınlar 5:1 hesabı ilə qalib gəliblər. Bakıdakı görüşdə də rəqib sevinən tərəf olub - 2:0.
10 il sonra, 2008-ci ildə "Neftçi" eyni turnirin III təsnifat mərhələsində "Vasluy"la qarşılaşıb. Doğma meydanda qələbə qazanan (2:1) ağ-qaralar Rumıniyada lazımi nəticəni əldə edə bilməyib - 0:2.
2017-ci ildə "Zirə" Avropa Liqasının II təsnifat mərhələsində "Astra" ilə münasibətlərə aydınlıq gətirib. Səfərdə 1:3 hesabı ilə uduzan "qartallar" Bakıda qolsuz heç-heçəyə razılaşıb.
Nəhayət, 2019-cu ildə "Səbail" bu turnirin I təsnifat mərhələsində “Universitatya" (Krayova) ilə üz-üzə gəlib. "Dənizçilər" hər iki görüşdə 2:3 hesabı ilə məğlub olub.
Beləliklə, yalnız bir görüşdə qalib gələn Azərbaycan klubları bu matçlarda qapılarında 19 qol görüb və yalnız 8 dəfə rəqib qapılarına yol tapıblar.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Oxşar xəbərlər
Azərbaycan və Norveç klublarının 8-ci dueli: "Qarabağ" yalnız penaltilər seriyasında uduzub - ARAŞDIRMA
"Elfsborq" - "Qarabağ": İsveç və Azərbaycan klublarının avrokuboklarda 10-cu dueli - ARAŞDIRMA
Azərbaycan millisinin Estoniya ilə 11-ci dueli: 10 oyun, 2 qələbə - ARAŞDIRMA
Azərbaycan və Niderland klubları UEFA turnirlərində indiyədək 6 dəfə qarşılaşıblar - ARAŞDIRMA
"Zirə" Azərbaycan futbolunun tarixinə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












