Azərbaycan və Niderland klubları UEFA turnirlərində indiyədək 6 dəfə qarşılaşıblar - ARAŞDIRMA
Azərbaycan və Niderland klubları UEFA turnirlərində indiyədək 6 dəfə üz-üzə gəliblər.
"Report"un məlumatına görə, bu oyunların 3-də rəqib komandalar qalib gəliblər, digər üç matçda isə heç-heçə qeydə alınıb.
İlk qarşılaşma 2009/2010 mövsümünə təsadüf edib. Həmin vaxt "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində "Tvente"yə rəqib olub. Səfərdə 1:3 hesabı ilə uduzan "köhlən atlar" Bakıda qolsuz bərabərliyə razılaşıb və turnirdə mübarizəni dayandırıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2014/2015 mövsümündə də eyni turnirin pley-offunda "Tvente" ilə qarşılaşıb. Bakıdakı ilk dueldə qapılara qol vurulmayıb. Azərbaycan çempionu Niderlanddakı matçda səfər qolu (1:1) sayəsində qrup mərhələsinə vəsiqəni təmin edib.
"Qəbələ" klubunun U-19 komandası da UEFA turnirində Niderland təmsilçisi ilə görüşüb. 2021/2022 mövsümündə Gənclər Liqasının 1-ci turunda AZ kollektivi "qırmızı-qaralar"ı hər iki görüşdə böyük hesabla üstələyib - 4:0, 7:0.
Qeyd edək ki, "Qarabağ" bu gün Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks" klubunu qəbul edəcək. Bu, Azərbaycan və Niderland komandalarının UEFA turnirlərində 7-ci qarşılaşması olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matç saat 20:45-də start götürəcək.
Oxşar xəbərlər
"Omoniya" Azərbaycan klublarına qarşı: Dörd oyun, bir məğlubiyyət
"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
"Zirə" Azərbaycan futbolunun tarixinə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
