Türkiyədə zavodda partlayış olub, ölən və yaralı var
sizinxeber.az xəbər saytı

Türkiyədə zavodda partlayış olub, ölən və yaralı var


Türkiyənin Niğde vilayətinin Bor rayonunda yerləşən pirotexniki vasitələr istehsal edən zavodda partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.

Oxşar xəbərlər

Türkiyədə zavodda partlayış nəticəsində 12 nəfər ölüb, 4 işçi yaralanıb - YENİLƏNİB
Türkiyədə zavodda partlayış olub, 12 nəfər ölüb, 3 nəfər yaralanıb
Yaponiyada “Toyota”nın zavodunda partlayış olub, xəsarət alanlar var
Türkiyədə zavodda partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB
Braziliyada zavodda partlayış nəticəsində 9 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər