"Elfsborq" - "Qarabağ": İsveç və Azərbaycan klublarının avrokuboklarda 10-cu dueli - ARAŞDIRMA
UEFA Avropa Liqasında bu gün keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu İsveç və Azərbaycan təmsilçilərinin avrokuboklarda 10-cu qarşılaşması olacaq.
"Sizinxeber.az" xəbər verir ki, ilk belə oyun 2013/2014 mövsümünə təsadüf edib.
Ağdam klubu eyni turnirin III təsnifat mərhələsində bu ölkənin "Gefle" komandasına rəqib olub. Hər iki görüş "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 1:0, 2:0.
Bir il sonra "İnter" (hazırkı "Şamaxı") Azərbaycan çempionunun hazırkı rəqibi olan "Elfsborq"la üz-üzə gəlib. Səfərdə qalib gələn bakılılar (1:0), evdə eyni hesabla məğlub olub. Penaltilər seriyasında daha dəqiq olan (4:3) qonaqlar mərhələ adlayıblar.
"Qarabağ" 2016/2017 mövsümündə Avropa Liqasının pley-off mərhələsində "Göteborq"u mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun yetirmələri Bakıda 3 cavabsız qola sevinib, səfərdə isə uduzub - 0:1.
Ağdamlılar 2023/2024 mövsümündə bu turnirdə "Hakken"ə də şans verməyib. "Köhlən atlar" H qrupunda rəqibini 2:1 və 1:0 hesabı ilə üstələyib.
Komanda son olaraq cari mövsüm Liqa mərhələsində Bakıda "Malmö"yə məğlub olub - 1:2.
Beləliklə, "Qarabağ" İsveç təmsilçiləri ilə dueldə 5 qələbə, 2 məğlubiyyətlə yadda qalıb. Topların nisbətindən də Azərbaycan çempionunun üstünlüyü var - 10:4.
Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan və Norveç klublarının 8-ci dueli: "Qarabağ" yalnız penaltilər seriyasında uduzub - ARAŞDIRMA
Avropa Liqası: "Qalatasaray" "Qarabağ"ın rəqibinə qalib gəlib
"Omoniya" Azərbaycan klublarına qarşı: Dörd oyun, bir məğlubiyyət
"Ludoqorets"i səfərdə böyük hesabla məğlub edən "Qarabağ" rekorda imza atıb
"Qarabağ"ın İsveç klubu ilə oyundan öncə mətbuat konfransı və açıq məşqinin vaxtı bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə












