"Zirə" Azərbaycan futbolunun tarixinə düşüb
"Zirə" Azərbaycan futbolunun tarixinə düşüb.
"Sizinxeber.az"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv buna UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubunu mübarizədən kənarlaşdırmaqla nail olub.
Səfərdə rəqibi ilə heç-heçə (1:1) edən Bakı təmsilçisi evdə də bərabərliyə nail olub - 2:2. Penaltilər seriyasında daha dəqiq olan "Zirə" pley-offa yüksəlib.
Bu vaxtadək Azərbaycan komandaları avrokuboklarda Xorvatiya klublarını üstələyə bilməyib.
"Xəzər Lənkəran" 2007-ci ildə Çempionlar Liqasının I təsnifat mərhələsində "Dinamo" ilə üz-üzə gəlib. Hər iki görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Xorvatiyadakı cavab qarşılaşmasının əlavə vaxtında meydan sahibləri 2 qol vuraraq mərhələ adlayıblar.
Dörd ildən sonra Zaqreb təmsilçisi yenidən ölkəmizə gəlib. Bu dəfə onlar "Neftçi"yə rəqib olublar. Çempionlar Liqasına təsadüf edən duelin ilk matçı "Maksimir" stadionda keçirilib. Üç cavabsız qola sevinən xorvatlar Bakıda qolsuz bərabərliyə nail olaraq növbəti mərhələyə vəsiqə əldə ediblər.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının pley-offunda Kiprin "Omoniya" komandası ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb - YENİLƏNİB - 9 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Zirə" - "Osiyek" oyununda əlavə vaxt oynanılır - YENİLƏNİB - 7 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq növbəti mərhələyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












