"Qarabağ"ın baş məşqçisi: "Juninyonun keçidi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq"
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın baş məşqçisi: "Juninyonun keçidi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq"


Juninyonun gedişi itki sayıla bilər. Lakin bu keçid baş tutarsa, Azərbaycan futbolu üçün önəmli hadisə olacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis hücumçu Olavio Juninyo ilə Braziliyanın "Flamenqo" və İspaniyanın "Sevilya" klublarının maraqlanmasına münasibət bildirib:

"Juninyo məsələsi konkretləşməyib. Əvvəl "Sevilya" ilə demək olar razılaşdırılmışdı. Daha sonra "Flamenqo" variantı ortaya çıxdı. Belə klublardan bizə təklif gəlməsi "Qarabağ"ın böyüməsi deməkdir. İstər İspaniya, istərsə də Braziliya mətbuatı "Qarabağ"dan yazmağa başladı. Bu işdə futbolçunun özünün də istəyi önəmlidir. Hər şey yaxın günlərdə dəqiqləşəcək".

Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

İspaniya və Braziliya klubunun transfer etmək istədiyi Juninyo hələ də "Qarabağ"ın düşərgəsindədir
Qurban Qurbanov: "Juninyo "Sevilya"dan təklif alanda bu xəbərə çox sevinib"
KİV: "Sevilya" "Qarabağ"ın futbolçusu ilə maraqlanır
KİV: Juninyo "Sevilya" ilə bu həftə müqavilə imzalayacaq
"Qarabağ" rəsmisi: "Sevilya" ilə danışıqlar davam edir, Juninyonun xoşbəxt olduğu yerdə oynamasını istəyirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər