Salah “Liverpul”dakı müqaviləsinin uzadılıb-uzadılmayacağını şərh edib
“Liverpul”un hücumçusu Məhəmməd Salahın karyerasını “qırmızılar”ın düşərgəsində davam etdirib-etdirməyəcəyi hələlik aydın deyil.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə misirli futbolçu a danışıb.
“Biz hələ ondan uzağıq”, – o müqavilənin uzadılması məsələsini şərh edib.
Salah bunu KİV qarşısında müzakirə etmək istəmədiyini vurğulayıb: “Bunun mediaya düşməsini və insanların cəfəng şeylər danışmasını istəmirəm, lakin, əslində, heç nə dəyişməyib”.
“Hazırda komandama köklənmişəm və Premyer Liqanı qazanacağıma ümid edirəm”, – o vurğulayıb.
Qeyd edək ki, cari mövsümdə Salah 26 oyunda 20 qol və 17 məhsuldar ötürmənin müəllifi olub. Futbolçunun hazırkı klubu ilə əmək müqaviləsinin müddəti 2025-ci ilin yayında bitir. Onunla yanaşı kapitan Vircil van Deyk və vitse-kapitan Trent Aleksander-Arnoldun da müqavilə müddətləri son çatır.
Xatırladaq ki, “Liverpul” İngiltərə Premyer Liqasının şəriksiz lideridir. Arne Slotun yetirmələri son matçda “Vest Hem”i darmadağın ediblər.
Oxşar xəbərlər
Məhəmməd Salah "Liverpul"la olan müqavilə müddətini artırmayacaq
Məhəmməd Salah Avropada ən çox maaş alan futbolçu ola bilər
"Liverpul"un futbolçusu karyerasını İspaniya klubunda davam etdirəcək
Məhəmməd Salah İspaniya və ya Fransa klubuna keçə bilər
Salah “Liverpul” ilə müqaviləsini uzatmağa yaxındır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı! - 70%-dək xüsusi endirimlər - VİDEO
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
