Salah “Liverpul” ilə müqaviləsini uzatmağa yaxındır
Məhəmməd Salah “Liverpul” ilə yeni ikiillik müqavilə imzalamağa yaxındır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə un idman müxbiri Con Riçardson bildirib.
Misirli hücumçunun gələcəyi ilə bağlı bütün spekulyasiyalara son qoyacaq razılaşma klub və futbolçunun agenti Rammi Abbas arasında kompromis nəticəsində əldə edilib.
“Liverpul”un sahibi FSG holdinqi ənənəvi olaraq 30 yaşdan yuxarı oyunçularla uzunmüddətli müqavilələrə ehtiyatla yanaşır ki, bu da əvvəllər danışıqlarda çətinliklər yaradırdı. Lakin tərəflər qızıl ortanı tapa biliblər: Salahın agentinin təkid etdiyi üçillik müqavilə əvəzinə ikiillik müqavilə imzalanacaq.
Əməkhaqqı məsələsi qaldırılmayıb, çünki 32 yaşlı hücumçu artıq “Liverpul”un ən yüksək maaş alan oyunçusudur.
Xatırladaq ki, daha əvvəl “The Athletic” Məhəmməd Salahın “Liverpul” ilə müqavilənin müddətini bir il uzatmaq təklifini nəzərdən keçirməyə hazır olduğu barədə məlumat yaymışdı.
Oxşar xəbərlər
The Athletic: Salah “Liverpul” ilə müqaviləni bir il uzatmağı nəzərdən keçirməyə hazırdır
Məhəmməd Salah "Liverpul"la olan müqavilə müddətini artırmayacaq
"Liverpul" Məhəmməd Salaha yeni müqavilə təklif etməyib
Məhəmməd Salah İspaniya və ya Fransa klubuna keçə bilər
“Əl-Hilal” klublararası dünya çempionatından əvvəl Salahla müqavilə imzalamaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












