AVRO-2026: Azərbaycanın futzal millisinin oyunlarının tarixi açıqlanıb
AVRO-2026-nın əsas mərhələsində mübarizə aparacaq Azərbaycanın futzal millisinin oyunlarının tarixi bəlli olub.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma mübarizəyə dekabrda doğma meydanda start verəcək.
Komanda dekabrın 17-də İsveçi qəbul edəcək. Yanvarın 31-də Xorvatiyanın qonağı olacaq milli, fevralın 4-də Bakıda Yunanıstanı sınağa çəkəcək. Yığma martın 11-də səfərdə Yunanıstan, aprelin 11-də İsveçlə görüşəcək. Sonuncu qarşılaşma isə aprelin 15-də evdə olacaq.
Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq. Final mərhələsi 2026-ci ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi iki yoldaşlıq görüşü keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
