"Şamaxı"nın baş məşqçisi: "Gənc futbolçularımız təşvişə düşmüşdülər"
Gənc futbolçularımız təşvişə düşmüşdülər.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XVI turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, məğlubiyyətə görə məyus olduqlarını bildirib:
"Üzücü məğlubiyyət oldu. Oyunu iki hissəyə bölərdim. İlk yarıda 3-4 qol vura bilərdik. İkinci hissədə rəqibin təzyiq edəcəyini gözləyirdik. Belə də oldu. Gənc futbolçularımız təşvişə düşmüşdülər. Amma oyunçularımın xarakter göstərdiyini deyə bilərəm. Müvəqqəti çətinlikdəyik. Tez bir zamanda düşdüyümüz vəziyyətdən çıxacağıq. Bu gün futbolçuların göstərdiyi xarakter mənə inam verdi".
Qeyd edək ki, XVI turun görüşündə "Şamaxı" səfərdə "Turan Tovuz"a 2:3 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
Şahin Diniyev: "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Komanda stress altında oynamağı bacarmalıdır"
Premyer Liqada tura "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulub
Kurban Berdıyev: "Araz-Naxçıvan"la oyundan çox şey asılı idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
