Kurban Berdıyev: "Araz-Naxçıvan"la oyundan çox şey asılı idi"
Bu oyundan çox şey asılı idi.
"Report" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Araz-Naxçıvan"a qarşı Misli Premyer Liqasının XV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səhvə yol verdikləri üçün məğlub olduqlarını söyləyib:
"Qarşılaşmada qol imkanlarının sayı yetərincə çox olmadı. Belə matçların taleyini adətən bir səhv həll edir. Təəssüf ki, o səhv bizə məxsus idi. Rəqib komanda müdafiədə çox yaxşı çıxış edirdi. Çempionatda az sayda qol buraxmaqlarının səbəbi budur. "Araz-Naxçıvan"la oyundan çox şey asılı idi. Qarşıda bizi çox oyun gözləyir. Çətin missiyanın öhtəsindən gəlməyə çalışacağıq. "
Qeyd edək ki, XV turun görüşündə "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
Kurban Berdıyev: "Mövsüm ərzində ən zəif oyunumuzu göstərdik"
Kurban Berdıyev: Həm müdafiədə, həm də hücumda zəif oynadıq
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" doğma meydanda məğlub olub
Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
