Sizinxeber.az » İdman » Futbol » Premyer Liqada tura "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulub

Premyer Liqada tura "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulub

Misli Premyer Liqasında XVI tura "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulub.

"Report" xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda ev sahibləri qələbə qazanıb - 3:2.

Qarşılaşmada hesabı qonaqlar açıb. 12-ci dəqiqədə Belajdi Pusi sabiq komandasını cəzalandırıb. Meydan sahiblərinin cavab qolu özünü çox gözlətməyib. 9 dəqiqə sonra Roderik Miller adını tabloya yazdırıb. Bununla belə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fasiləyə 6 dəqiqə qalmış növbəti qolun sevincini yaşayıb. Bu dəfə Edqar Adilxanov dəqiq zərbə müəllifi olub. Qərb təmsilçisi 60-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Alexandro Serrano penalti zərbəsindən fərqlənib. Tovuzluların qələbə qolunu Roderik Miller vurub. Panamalı futbolçu 90+4-cü dəqiqədə dubl müəllifi olub.

Bu nəticənin ardından "Turan Tovuz" 30 xalla üçüncü, "Şamaxı" isə 13 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Səbail"i, "Sumqayıt" "Neftçi"ni 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının dueli heç-heçə başa çatıb - 1:1.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !