Qurban Qurbanov: "Hesab oyuna görə olmadı"
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov: "Hesab oyuna görə olmadı"


Hesab oyuna görə olmadı.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Fransanın "Lion" komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Azakeşlərimizə təşəkkür edirəm. Soyuq havada komandamıza dəstək oldular. Oyuna gəlincə, hesab üzücü oldu. Futbol bu cür səhvləri bağışlamır. Xüsusi ilə ikinci qol zamanı Kevin Medinadan bu cür səhv gözləmirdik. Buraxılan qola görə Medinaya hər hansısa iradım yoxdu. Çünki texniki səhv idi. Həqiqətən futbolçularımdan razı qaldım. Çünki hər iki hissədə qol imkanlarımız oldu. Hesab oyuna görə olmadı".

O, rəqib komandanın hücumçularının ustalıq səviyyəsinin yüksək olduğunu bildirib:

"Lion" həqiqətən yaxşı futbolçulardan təşkil olunub. Hücumçuları hər zaman eyni tempdə çıxış edirlər. Tam olaraq bəxtimiz gətirmədi söünü demək istəmirəm".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” evdə "Lion"a 1:4 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

"Lion"un baş məşqçisi: "Qarabağ" qarşılaşmanın gedişində daha çox qol vura bilərdi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Futbolçularımın cəsarətinə heyran qaldım" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: 0:3 hesabı ilə uduzmağa layiq deyildik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Buraxdığımız üçüncü qol artıq oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər