Qurban Qurbanov: Buraxdığımız üçüncü qol artıq oldu
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov: Buraxdığımız üçüncü qol artıq oldu


Buraxdığımız üçüncü qol artıq oldu.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:3 hesablı məğlubiyyəti şərh edib:

"Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Rəqib komandanın gücünü bilirdik. Baxmayaraq ki, oyuna pis hazırlaşmamışdıq. Hesabda geridə olmağımıza baxmayaraq futbolçularım çəkinmədən mübarizə apardılar. Bu, mənim çox xoşuma gəldi. Buraxdığımız üçüncü qol artıq oldu. Lakin 3:0 qalib gəliblərsə, deməli bunu haqq ediblər. "Dinamo"nu qələbə münasibəti ilə təbrik edirəm. Bu görüşün cavab oyunu var. Baxmayaraq ki, heyətdəki itkilərimiz davam edir. Bu hal bizə problem yarada bilər. İstənilən halda cavab matçına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyunu göstərmək istəyirik. İlk matçda buraxdığımız səhvləri cavab görüşündə düzəltməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Bu, Azərbaycanın “Qarabağ”ı idi, mənim “Qarabağ”ım idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Bu, Azərbaycanın, mənim “Qarabağ”ım idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: “Ludoqorets”lə oyun sanki triller idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər