Kriştianu Ronaldu karyerasını nə vaxt başa vuracağını açıqlayıb
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu UEFA Millətlər Liqasında Polşa ilə matçdan (5:1) sonra fikirlərini bölüşüb.
O, futboldan həzz almaq istədiyini vurğulayıb:
"Mən, sadəcə, həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vuracağam".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in heyətində bu mövsüm 15 matçda iştirak edən K.Ronaldu 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Oxşar xəbərlər
Kriştianu Ronaldu klubu ilə danışıq aparır
Ronaldu 1000 qol vurduqdan sonra karyerasını bitirəcək
Ronaldu tarixin ən yaxşı klubunun adını açıqlayıb
Kriştianu Ronaldu virusa yoluxub
Kriştianu Ronaldu yeni rekorda imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
