Qurban Qurbanov: "Budyo Qlimt"lə matçda çox diqqətli olmalıyıq"
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov: "Budyo Qlimt"lə matçda çox diqqətli olmalıyıq"


Sabahkı matçda çox diqqətli olmalıyıq.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin "Budyo Qlimt" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib:

"Budyo Qlimt" son vaxtlar qarşılaşdığımız ən intizamlı kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçuların, demək olar ki, hər biri norveçlidir. Ümumiyyətlə, göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas oyun üslubu var. Sabahkı matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən yaxşısını edəcəklər".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər

Qurban Qurbanov: "Budyo-Qlimt"lə matçda çox diqqətli olmalıyıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası:  “Budyo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın futbolçusu: "Norveç klubu ilə matçda ilk xallarımızı qazanmağa çalışacağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununun hakimləri bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Norveç klubunun baş məşqçisi: "Qarabağ"la oyun asan olmayacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər