Qurban Qurbanov: "Budyo-Qlimt"lə matçda çox diqqətli olmalıyıq"
Sabahkı matçda çox diqqətli olmalıyıq.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin "Budyo-Qlimt" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib:
"Budyo-Qlimt" son vaxtlar qarşılaşdığımız ən intizamlı olan kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçular demək olar hər biri norveçlidir. Ümumiyyətlə göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas olan oyun üslubu var. Sabahkı matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən yaxşısını edəcəklər".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: “Budyo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununun hakimləri bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Norveç klubunun baş məşqçisi: "Qarabağ"la oyun asan olmayacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın baş məşqçisi: Sabahkı matçda çox diqqətli olmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Daha diqqətli və ciddi olmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












