"Qarabağ"ın futbolçusu: "Norveç klubu ilə matçda ilk xallarımızı qazanmağa çalışacağıq"
Sabahkı matçda ilk xallarımızı qazanmağa çalışacağıq
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Norveç təmsilçisi "Budyo-Qlimt"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
O, sabahkı oyunda qələbə qazanmaq istədiklərini bildirib:
"Bizi sabah çox çətin qarşılaşma gözləyir. Rəqib komanda həm müdafiədə, həm də hücumda çox yaxşı çıxış etməyi bacarır. "Budyo-Qlimt"lə matçda ilk xallarımızı qazanmağa çalışacağıq. Turnir cədvəlində sonuncu sırada qərarlaşmışıq. İstəyimiz odur ki, hər şeyi öz xeyrimizə dəyişək. Əslində əvvəlki üç turda çox yaxşı mübarizə aparmışıq. Lakin təəssüf ki, həmin görüşlərin heç birində xal qazana bilməmişik".
Müdafiəçi rəqib komandanın meydançasının suni ot örtüyünə malik olduğunu xatırladaraq, belə stadionda oynamağa alışmadıqlarını söyləyib:
"Budyo-Qlimt" sabahkı matçda müəyyən üstünlüklərə sahib olacaq. Bunlardan biri meydança amilidir. Hansı ki, onlar suni örtüyündə oynamağa öyrəşiblər, biz isə yox. Bundan başqa, azarkeş amilidi də meydan sahiblərinin xeyirinə olan amillərdəndir".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Budyo-Qlimt"lə matçda çox diqqətli olmalıyıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: “Budyo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Norveç klubunun baş məşqçisi: "Qarabağ"la oyun asan olmayacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununun hakimləri bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Omoniya"nın baş məşqçisi: Sabahkı oyunda nəticə qazanmağa çalışacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












